Ronaldonun oğlu Instagram-da: 24 saatda 1 milyon təqibçi yığdı

Ronaldonun oğlu Instagram-da: 24 saatda 1 milyon təqibçi yığdı
22:17 5 Mart 2020
Ölkə mətbuatı
A- A+

"Yuventus"un portuqaliyalı hücumçusu Kristiano Ronaldonun oğlu Kristiano Ronaldo Junior İnstaqram hesabı açıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, məşhur futbolçunun 9 yaşlı oğlu Minicristianoronaldo2010 adlı hesabı ilə cəmi 24 saatda 1 milyon təqibçi toplayıb.

İlk olaraq yeni İnstaqram hesabında dörd fərqli dildə təqdim etdiyi video yayımlayan Ronaldo Junior daha sonra atası və qardaşları ilə olan şəkil paylaşıb. Son olaraq isə o, atasının sevgilisi Corcina Rodriges ilə Milan Moda Həftəsində çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb.

"Yuventus"un U-9 komandasında oynayan Ronaldo Junior hazırda cəmi beş nəfəri izləyir.

Qeyd edək ki, 35 yaşlı Kristiano Ronaldo İnstaQram-da 205 milyon təqibçi ilə ilk pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/829384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR