Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı bəlli oldu

VI çağırış Milli Məclisin yeni tərkibdə ilk iclasının keçiriləcəyi tarix məlum olub.

Metbuat.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclası martın 10-da keçiriləcək.

İclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edəcək. Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı - Fəttah Heydərov açacaq, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparacaq.

Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası bitəcək.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR