Məşhur italyalı memar Vittorio Qreqotti koronavirusdan vəfat edib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 93 yaşlı Vittorio Milanda dünyasını dəyişib.
Bu barədə onun həmkarı Stefano Boeri məlumat verib:
"Dünya memarlığının maestrosu bizi tərk etdi".
Qeyd edək ki, Vittorio 1500-dən çox memarlıq layihəsinin müəllifi idi. O, bütün dünya universitetlərində dərs deyib.
Milli.Az