Avstraliyada futbol çempionatı yarımçıq saxlanıldı

Avstraliyada futbol çempionatı yarımçıq saxlanıldı
16:17 24 Mart 2020
224 İdman
Ölkə mətbuatı
A- A+

Avstraliyanın futbol çempionatı olan A-Liqa koronavirus səbəbindən dayandırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının rəhbəri Ceyms Conson Sidneydə keçirdiyi mətbuat konfransında deyib.

Azarkeşsiz keçirilən Avstraliya çempionatının final mərhələlərinin təxirə salınması barədə qərar Federasiyanın İcraiyyə Komitəsi və klublar tərəfindən yekdilliklə qəbul edilib. Futbol matçları aprelin 22-dək təxirə salınıb.

Qeyd edək ki, Avstraliyada reqbi və hokkey oyunlarının da keçirilməsi dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/836115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR