Əmrullah Gülüşkən Türkiyəyə gətirildi

İsveçin Malmö şəhərində COVİD-19 testi müsbət çıxmasına baxmayaraq, müalicə edilməyərək evə göndərilən 47 yaşındakı Əmrullah Gülüşkən təcili tibbi yardım təyyarəsi ilə Türkiyəyə gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Əmrullah Gülüşkən və üç övladı Ankara Şəhər Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Samirə və Leyla Gülüşkənin sosial şəbəkədən yayımladığı yardım çağırışından sonra Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca onların ataları Əmrullah Gülüşkənin ölkəyə gətirilməsi ilə bağlı göstəriş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR