Dünyanın 25 ən böyük hərbi sənaye şirkətinin satışları

Dünyanın ən böyük 25 şirkətinin silah və hərbi xidmət satışlarının həcmi 2019-cu ildə 361 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 8,5% çoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) hesabatında deyilir.

Ötən il dünyanın 5 böyük hərbi sənaye şirkəti ABŞ-da yerləşib: "Lockheed Martin", "Boeing", "Northrop Grumman", "Raytheon" və "General Dynamics". Bu beşliyin satışlarının həcm 166 mlrd. dollar təşkil edib. Ümumilikdə, 2019-cu ildə 25 ən böyük hərbi istehsalçının 12-si 61%-lik ayla ABŞ şirkəti idi.

İlk dəfə olaraq sözügedən 25-likdə Yaxın Şərq istehsalçısı daxil olub – Birləşmiş Ərəb Əmirliklərində ötən il yaradılan EDGE şirkəti. Bu şirkət 1,3%-lik payla siyahının 22-ci pilləsində qərarlaşıb.

Siyahının digər debütantı 2018-ci ildə ilk 25-likdə yer alan iki ABŞ şirkətinin ("Harris Corporation" və "L3 Technologies") birləşməsi nəticəsində 2019-cu ildə yaradılan "L3Harris Technologies" olub. Debütant 2019-cu ilin reytinqində 10-cu yerə layiq görülüb.

Ümumiyyətlə, ötən il ilk 25-likdən yer alan 19 şirkət satışlarını artırıb. Həcm baxımından ən böyük artım "Lockheed Martin"də qeydə alınıb – 5,1 mlrd. dollar və ya 11%. Faiz nisbətində isə ən böyük artım Fransanın "Dassault Aviation" şirkətində qeydə alınıb – 105%. Bu fakt sözügedən şirkəti ilk dəfə olaraq TOP-25 siyahısına daxil etməyə imkan yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR