Üzv ölkələrin parlamentariləri və Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq müşahidə missiyası yanvarın 10-da Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri və referendumun müşahidəsini gerçəkləşdirəcək.
Qurumdan Metbuat.az-a verilən məlumata görə, müşahidə proqramı çərçivəsində Missiyanın bir neçə dövlət rəsmiləri və namizədlərlə, eləcə də MDB PA, ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Beynəlxalq Müşahidəçi Missiyaları ilə görüşlərinin keçirilməsi gözlənilir.
Seçki günü TÜRKPA missiyası səsvermə prosesini yerində izləmək üçün Bişkekdəki seçki məntəqələrini ziyarət edəcək.
Yanvarın 11-də Missiya müşahidənin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.