​Lexus Bakı Mərkəzi:

“Lexus Bakı” Toyota Korporasiyasının Azərbaycanda ilk və rəsmi dilləridir.

2012-ci ildən fəaliyyətdə olan Lexus Bakı Mərkəzində "Lexus LX", "Lexus GX", "Lexus RX", "Lexus RX Hybrid", "Lexus RXL", "Lexus NX", "Lexus NX Hybrid, "Lexus UX", "Lexus UX Hybrid", "Lexus LS", "Lexus ES", "Lexus LC" modəllərinin və orijinal ehtiyat hissələrinin satışı həyata keçirilir, eyni zamanda servis xidməti də göstərilir. Mərkəzdə çalışan servis departamentinin işçi heyəti peşəkar mütəxəsisslərdən ibarətdir.

“Lexus” avtomobil modelləri dünyanın aparıcı texnologiyaları ilə təchiz olunduğu üçün təhlükəsiz, misilsiz və dəblidir. Həyəcanverici, effektiv və dözümlü avtomobillərini daha da təkmilləşdirərək, son illər Lexus avtomobillərin elektrikləşməsində də qabaqcıl yer tutur, bununla da planetimizin qorunması ilə yanaşı sürücüyə dinamik idarəetmə təcrübəsi yaşadır.


“Lexus Bakı” bu illər ərzində çox sayda avtomobil markalarının təmsil olunduğu Azərbaycan bazarında öz yerini möhkəmlədib, həmçinin regionda ən çox satılan avtomobil markalarından birinə çevrilib.

Lexus Bakı Mərkəzi son illərdə uğurlu fəaliyyətinə görə, “Reputation Inc.” PR və Event şirkətinin təşkilatçılığı ilə "Four Seasons Baku" otelində baş tutan “Golden Palm Awards” layihəsinin qala gecəsində mükafatla təltif olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR