Malayziyada daşqınlar üç mindən artıq insanı evlərini tərk etməyə məcbur edib

Malayziyada daşqınlar üç mindən artıq insanı evlərini tərk etməyə məcbur edib
08:58 19 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+


Kuala-Lumpur, 19 yanvar, AzərTAc 
Malayziyanın Saravak ştatında daşqınlar 3200 nəfəri evlərini tərk etməyə məcbur edib. Təxliyə işləri dövlət strukturları tərəfindən həyata keçirilib.
Yanvarın 18-də başlayan daşqınlar nəticəsində doqquz avtomobil yolu bağlanıb, dörd yerdə torpaq sürüşməsi baş verib.
Meteoroloqlar narıncı rəngli xəbərdarlıq müəyyən ediblər. Rəsmilərin bildirdiyinə görə, davam edən leysan yağışlar nəticəsində təxliyə olunanların sayı xeyli artacaq.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziyada_dasqinlar_uch_minden_artiq_insani_evlerini_terk_etmeye_mecbur_edib-825677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR