Çempionlar Liqasında erməni TƏXRİBATI: "Qarabağ Ermənistandır, Kosovo Serbiyadır"

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Ermənistanın "Pünik"i ilə Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilən görüşdə ermənilər təxribata əl atıb.

Metbuat.az xəbər verir ki, "Pünik"in azarkeşləri İrəvanda "Qarabağ Ermənistandır, Kosovo Serbiyadır" yazılı pankart açıblar.

Matç isə "Pünik"in meydandan qolsuz və məğlubiyyətlə ayrılması ilə başa çatıb - 0:2. İlk oyun Serbiya təmsilçisinin 0:5 qollu qələbi ilə bitmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR