Ermənistan Serbiyaya "dəstək" verdi:

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Ermənistanın "Pünik"i ilə Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilən görüşdə ermənilər təxribata əl atıb. "Pünik"in azarkeşləri İrəvanda "Qarabağ Ermənistandır, Kosovo Serbiyadır" yazılı pankart açıblar.

Metbuat.az xəbər verir ki, buna baxmayaraq qarşılaşma zamanı erməni və serb azarkeşlər arasında dava düşüb.

Tərəflər mühafizəçilərin və polisin müdaxiləsi ilə sakitləşdirilib.

Matç isə "Pünik"in meydandan qolsuz və məğlubiyyətlə ayrılması ilə başa çatıb - 0:2. İlk oyun Serbiya təmsilçisinin 0:5 qollu qələbi ilə bitmişdi.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR