"Qarabağ" "Nant"la qarşılaşır -

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, bu Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında Fransa "Nant"ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar"dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.

"Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edəcək.

Xatırladaq ki, "Qarabağ" UEFA-ya Ermənistanın təxribatının qarşısını almaq üçün həlak olan şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsini təklif edib. Lakin UEFA bu təklifə rədd cavabı verib. Qitə futbol qurumundan klubun narahatlığının başadüşülən olduğu, amma bunun futbolla əlaqəli olmadığı bildirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR