Maksim baş məşqçi ilə arasında olan gərginlikdən danışdı:

"Malta ilə oyundan sonra baş məşqçiyə qarşı aqressiv idim".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev İTV-nin "Bol idman" verilişində deyib. O bildirib ki, Malta ilə oyuna 1 gün qalmış baş məşqçi Canni de Byazi taktikanı dəyişib:

"Malta ilə yoldaşlıq oyununa 1 gün qalmış baş məşqçi taktikanı dəyişdi. Bu, eksperiment idi və alınmadı. Malta ilə oyunda belə çətin vəziyyətdə qaldığımız üçün pis olmuşdum. Bunu özümə sığışdıra bilmədim. Baş məşqçiyə qarşı aqressiv idim. Oyundan sonra ona yaxınlaşıb dedim ki, 1 həftə qabaq ayrı taktika ilə məşq etdik, 1 gün qabaq taktika dəyişdiniz, eksperiment aparırsınız, amma əziyyətini çəkən bizik".

Maksim həmçinin De Byazi ilə Qara Qarayev arasında baş verənlərə də toxunub. O bildirib ki, Qaranın millidə olmamasına səbəb boy ola bilməz:

"Fikrimcə, boyla əlaqəli deyil. İndiyədək Edi də var idi, amma Qara oynayırdı. Edini oynadan sonra deyir ki, Qaranın boyu balacadır".

Həmçinin futbolçu milli üçün çalışdırıcı postunda Rəşad Sadıqovu namizəd bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR