"Olimpiakos" - "Qarabağ" matçında sükut olacaq

Avropa Liqasının qrup mərhələsinin III turu üzrə "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək matç bir dəqiqəlik sükutla başlayacaq.

Metbuat.az xəbər verir ki, UEFA "Arema" və "Persebaya" komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsinin yad olunması barədə qərar verib.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR