“Olimpiakos” və “Qarabağ”in start heyətləri açıqlandı

Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyununda üz-üzə gələcək “Olimpiakos” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda Yunanıstan təmsilçisinin start heyətində Kostas Tsolakis, Şime Vrsalko, Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Hvan İy Co, Pep Biel, Qonsalo Avila, Oleq Ryabçuk, Pape Abu Sisse və Qarri Rodriges yer alıblar.

Azərbaycan çempionunun heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Leandro Andrade, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov çıxacaqlar.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edəcək.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR