"Qarabağ" – "Olimpiakos" oyununu bu hakimlər idarə edəcək -

Bakıda "Qarabağ" - "Olimpiakos" arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Kreyq Pausona Li Betts və Yan Hassin laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.

VAR hakimi Darren Con Herbert, köməkçisi isə Peter Banks olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.

Qeyd edək ki, səfərdən 3:0 hesablı qalibiyyətlə ayrılan "köhlən atlar" oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda "Olimpiakos"la cavab matçına çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR