“Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satıldı

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qarabağ Futbol Klubundan məlumat verilib. Bildirlib ki, sabahdan etibarən son 2 min bilet satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan almaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR