"İlk matçda məğlubiyyətə layiq deyildik, əgər Bakıda qalib gələ bilməsək..." -

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" (Yunanıstan) matçından öncə rəqib komandanın baş məşqçisi Miçel Qonsalesin mətbuat konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
- Təbii ki, olacaq. Üç futbolçumuz zədəli idi. Sabah oynaya bilərlər. Biz ən yaxşısını ortaya çıxarmağa çalışırıq. Hələ kimin oynayacağını dəqiq bilmirəm, amma bugünkü məşqdən sonra biləcəyik.

- "Qarabağ"ın baş məşqçisi sabah "Olimpiakos" üçün son və həlledici oyun olduğunu deyib. Razısız?
- Bəli, biz bunu onun sözlərindən əvvəl də bilirdik (gülür). Bunu paltardəyişmə otağında hiss edə bilərsiniz. Qalib gələ bilməsək, böyük ölçüdə çox şey həll olunacaq. Sabah "Olimpiakos" üçün həlledici oyun olacaq.

- Sabah akademiyanın oyunçularından kimlərsə meydana çıxacaq?
- Mən həmişə bunu etməyə çalışmışam, son matçlarda da etmişəm. Lazım olarsa, onlardan istifadə edəcəyik.

- Cavab oyunundan öncə ilk matçdakı 0:3 hesablı məğlubiyyət sizi qorxudur?
- Məncə, göstərilən oyun nəticə ilə üst-üstə düşmür. İlk matçda yaxşı oynamışdıq və məğlubiyyətə layiq deyildik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR