"Qarabağ" - "Nant" matçı meydan sahiblərinin qələbəsi ilə bitdi

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşıb. "Bojuar" stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edib.

Oyunun ilk dəqiqələrindən hər iki komanda güclü hücuma keçib. Hesab isə 16-cı dəqiqədə açılıb. Rəqibin 10 nömrəli futbolçusu Lüdovik Blas "köhlən atlar"ın qapısından qol keçirə bilib. "Qarabağ" bir neçə dəfə qol şansı əldə etsə də, bu cəhdləri uğursuz alınıb. Görüşün 31-ci dəqiqəsində Marko Veşoviçin Ovusuya ötürdüyü top rəqib qapısına yaxın olsa da, "köhlən atlar" bu şansını əldən verib. Oyunun 40-cı dəqiqəsində hakim ilk sarı vərəqəni "Nant"ın 55 nömrəli futbolçusu Abdul Kadir Bambaya göstərib. 44 -cü dəqiqədə Abdulla Zubirə qarşı qayda pozulub. Kadi Borges cərimə zərbəsini yerinə yetirsə də, heç bil qol nəticəsi alınmayıb.

İlk hissəyə bir dəqiqə əlavə olunub. Nəticə isə dəyişməyib. Meydan sahibləri 1 qolla, "Qarabağ" isə qolsuz meydandan fasiləyə ayrılıb.

İkinci hissədə isə Ağdam təmsilçisi rəqib qapısından qol keçirə bilib. 53-cü dəqiqədə "Qarabağ"ın oyunçusu Filip Ozobiçə qarşı kobud qayda pozuntusu qeydə alınıb və hakim penalti təyin edib. Nəticədə Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.

57- ci dəqiqədə rəqib "köhlən atlar"ın qapısında olduqca təhlükəli vəziyyət yaradıb, lakin Şahruddin Məhəmmədəliyevin ayıqlığı rəqibin 2-ci qola sevinməsinə izn verməyib. 60-cı dəqiqədə Kadi Borges cərimə zərbəsi yerinə yetirib. Top dirəyə dəyərək geri qayıdıb.

Rəqib 60-cı dəqiqələrdə 3 əvəzetmə ilə oyuna davam edib. 68-ci dəqiqədə Filip Ozobiçin yerinə Ramil Şeydayev, Riçarda Almeydanı isə Marko Yankoviç əvəz edib. 79-cu dəqiqədə isə kapitan Qara Qarayev zədələndiyi üçün oyunu sonadək davam etdirə bilməyib. Onu Julio Romao əvəz edib. 81-ci dəqidə hakimə etiraz edən Marko Veşoviçə hakim sarı vərəqə göstərib. Oyunun sonlarında hər iki komanda güclü əks-hücumlar edib. 81-ci dəqiqədə rəqibin 31 nömrəli oyunçusu Mustafa Muhammedin təhlükəli zərbəsi dəqiq alınmayıb, top qapının üstündən keçib.

80-ci dəqiqənin sonlarında Toral Bayramov və Marko Veşoviç meydanı tərk edib. Onları Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəz edib.

İkinci hissəyə 6 dəqiqə əlavə olunub. "Nant"ın yeganə qolunun müəllifi Blas cərimə zərbəsi yerinə yetirib, qol qeydə alınmayıb. 94-cü dəqiqədə isə "Nant" ikinci qolunu vurub. İkinci hissədə meydana daxil olan İqnatius Qanaqo fərqlənib.

Beləliklə, "Qarabağ" -"Nant" qarşılaşması meydan sahiblərinin 1:2 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu nəticədən "Qarabağ" 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR