Meyxanaçı Elnur Valeh əməliyyat olunacaq.
Metbuat.az xəbər verir ki, əməliyyat üçün lazım olan məbləğ artıq toplanıb. Bu barədə o öz instaqram hesabında məlumat yayıb.
Meyxanaçı həmçinin bu çətin dönəmdə yanında olan hər kəsə təşəkkür etdiyini qeyd edib.
Qeyd edək ki, Elnur Valehin hər iki böyrəyi fəaliyyətini dayandırdığı üçün təcili əməliyyat olunmalıdır. Bu barədə dostları məlumat yayaraq əməliyyat üçün maddi dəstəyə ehtiyacı olduqlarını bildirmişdilər.