"Qarabağ" Fransa millisinin futbolçusunu transfer etdi - FOTO

"Qarabağ" Yassine Benzianın transferini açıqlayıb.

Metbuat.az klubun feysbuk hesabına istinadən xəbər verir ki, onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb. Benzia "Qarabağ"da 7 nömrəli forma ilə çıxış edəcək.

28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. "Lion", "Fənərbaxça", "Olimpiakos", "Lill", "Hatayspor"da oynamış Benzia bu mövsümü Fransanın "Dijon" klubunda keçirib.

Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR