"Real" növbəti dəfə dünyanın ən güclü komandası oldu

"Real Madrid" Mərakeşdə keçirilən klublararası dünya çempionatının qalibi olub.

Metbuat.az xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda keçirilən final görüşündə "Real" Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 5:3 hesabı ilə məğlub edib.

3-cü yeri isə Braziliyanın "Flamenqu" komandası tutub. Onlar Misirin "Əl-Əhli" komandasına 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu, "Real"ın 5-ci belə uğurudur. İspaniya klubu daha əvvəl 2014, 2016, 2017 və 2018-ci illərdə bu titula yiyələnmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR