Marselo doğma komandasına qayıtdı

Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Marselo ölkəsinin "Fluminense" komandasına keçib.

Metbuat.az-ın məlumatına görə, bu barədə 35 yaşlı müdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçu yetirməsi olduğu kluba transferinin detallarını açıqlamayıb.

Qeyd edək ki, Marselonun son komandası Yunanıstan "Olimpiakos"u olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR