Ulduzu "sönən" Emre Mora Avropadan GÖZLƏNİLMƏZ TƏKLİF

"Fənərbaxça"da son həftələrdəki performansı ilə diqqət çəkən Emre Mor üçün gözlənilməz təklif edilib.

Metbuat.az xəbər verir ki, 25 yaşlı cinah oyunçusu üçün İtaliyadan təkliflər var. İtaliya mətbuatının məlumatına görə, “Torino” və “Bolonya” Emre Mor üçün transfer təklifi hazırlayıb. Əmrənin təcrübə topladığını və gəncliyindəki səhvləri təkrarlamayacağını düşünən İtaliya təmsilçiləri 25 yaşlı futbolçunu sərmayə kimi görürlər. Emrenin icarə əsasında İtaliyaya gedə biləcəyi gündəmdədir. “Fənərbaxça” Emrə üçün 9-10 milyon avroluq təklif gözləyir.

Qeyd edək ki, Emre Mor bundan əvvəl “Dortmund”, “Celta Vigo” və “Olimpiakos” kimi komandalarda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR