Qadınlar arasında dünya çempionatının final oyununda Rusiya Prezidenti Vladimir Putin əleyhinə etriaz keçirilib.
Metbuat.az xəbər verir ki, Böyük Britaniya və İspaniya arasında Sidneydə keçirilən qarşılaşma zamanı etirazçı meydana daxil olaraq, Putin əleyhinə şüar nümayiş etdirib. Oyunun 25-ci dəqiqəsində meydana daxil olan etirazçı Putinlə Adolf Hitlerin müqayisə olunduğu köynək geyinib. Etiraza görə oyuna fasilə verilib. Nümayişçi Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edib.