Çempionlar Liqasında ötən gecənin nəticələri

Ötən gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 oyun keçirilib.

"Barselona" "Antverpen"i 5:0 hesabı ilə darmadağın edib. PSJ Dortmund "Borussiya"sına, "Leyptsiq" "Yanq Boyz"a, "Mançester Siti" "Srvena Zvezda"ya, "Portu" "Şaxtyor"a, "Feyenoord" isə "Seltik"ə qaib gəlib. "Milan" - "Nyukasl", "Latsio" - "Atletiko" görüşlərində qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq.

19 sentyabr

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

F qrupu

20:45. "Milan" (İtaliya) - "Nyukasl" (İngiltərə) - 0:0

23:00. PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0

Qollar: Mbappe, 49-pen; Hakimi, 58


G qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Leyptsiq" (Almaniya) - 1:3

Qollar: Elia, 33 - Simakan, 3, Şxlaqer, 73, Sesko, 90+2

23:00. "Mançester Siti" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 3:1

Qollar: Alvares, 47, 60, Rodri, 73 - Bukari, 45


E qrupu

23:00. "Latsio" (İtaliya) - "Atletiko" (İspaniya) - 1:1

Qollar: Provedel, 90+5 - Barrios, 29

23:00. "Feyenoord" (Niderland) - "Seltik" (Şotlandiya) - 2:0

Qollar: Stenqs, 45+2, Cahanbəxş, 76

Qırmızı vərəqə: Laqerbelke, 64, Tiaqo Holm, 68 ("Seltik")


H qrupu

23:00. "Barselona" (İspaniya) - "Antverpen" (Belçika) - 5:0

Qollar: Feliks, 11, 66, Levandovski, 19, Batay, 22-avtoqol, Qavi, 54

23:00. "Şaxtyor" (Ukrayna) - "Portu" (Portuqaliya) - 1:3

Qollar: Kelsi, 13 - Qaleno, 8, 15, Taremi, 29




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR