Avtsraliyada yüzlərlə tələbə Fələstin üçün yürüş keçirdi

Avstraliyanın Viktoriya və Yeni Cənubi Uels ştatlarında yüzlərlə tələbə Fələstinə dəstək üçün dərsləri tərk edib.

Metbuat.az xəbər verir ki, Viktoriya əyalətində dərsə getməyən yüzlərlə tələbə paytaxt Melburnda küçələrdə yürüş keçirib.Fələstin bayraqları daşıyan tələbələr əllərində “Uşaqları bombalamaq özünü müdafiə etmək haqqı deyil” yazılı plakatlar tutaraq “Fələstinə azadlıq” şüarları səsləndiriblər. Əlində meqafonla kütləyə müraciət edən nümayiçilər, "Biz fələstinlilərə qarşı qətliam edildiyi bir vaxtda işlərin həmişəki kimi davam edə bilməyəcəyini söyləmək üçün məktəbdən kütləvi şəkildə çıxdıq” deyə bildirib. Yeni Cənubi Uelsin Sidney şəhərində də yüzlərlə tələbə Fələstinlə həmrəy olduqlarını göstərmək üçün dərslərə qatılmayıb.

Tələbələr Qəzzada daimi atəşkəs tələb edib və səlahiyyətliləri hücumları dayandırmaq üçün hərəkətə keçməyə çağırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı