Çin və Avstraliya arasında gərginlik

Çin Avstraliyaya Cənubi Çin dənizinə hərbi gəmilər yerləşdirməklə bağlı “çox ehtiyatlı” hərəkət etməsi barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun rəhbəri Liu Ciençao Sidney Universitetindəki çıxışında deyib. O Avstraliya hökumətini və ordusunu Cənubi Çin dənizində ehtiyatlı davranmağa çağırıb. Avstraliyaya Cənubi Çin dənizinə döyüş gəmiləri yerləşdirməsi ilə bağlı xəbərdarlıq edən Liu, xoşagəlməz hadisələrin gərginliyi artıra biləcəyini ifadə edib.

Avstraliyanın Çin döyüş gəmisinin Yaponiya ərazi sularında iki Avstraliya donanmasının dalğıcını yüngül şəkildə yaraladığı iddiası ilə bağlı Liu, sözügedən hadisənin Yaponiya ərazi suları xaricində baş verdiyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR