Sabah bu rayonlar qazsız qalacaq

“Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 26.12.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” QPS-dən və 26.12.2023-cü il saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “AZAQROTAXIL” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR