Bu ərazilərdə qaz kəsildi

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Metbuat.az xəbər verir ki, rayon ərazisində yerləşən "Ovçubərə" qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatı işlər yekunlaşana qədər dayandırılıb.

Qurum abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR