"Qarabağ" - "Malmö" matçına bu qədər bilet satılıb

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Qarabağ"-"Malmö" (İsveç) matçına 18000 bilet satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR