Cəlilabadda zəlzələ baş verdi

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Metbuat.az verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib. Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub. Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı