"Bakının havası bir başqadır, rəngarəngdir. Bura gələndə hava aldığımızı hiss edirik".
Metbuat.az-ın məlumatına görə, bunu Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, məşhur türkiyəli tarixçi, professor İlbər Ortaylı "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, həmçinin bildirib ki, Bakı türklərin intellektual mərkəzlərindən biri olacaq.
"Bəzi təhsil qurumlarımızın buraya yönəlməsi gərəkdir", - deyə professor qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az