Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı