Hansı ölkələrə vizasız gedə bilərik?

Azərbaycan vətəndaşlarına bir çox ölkəyə vizasız səyahət etmək imkanı tanınır. Bu, həm turizm, həm də işgüzar səfərlər üçün böyük üstünlükdür. Hazırda Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız və ya sadələşdirilmiş qaydalarla daxil ola bilərlər. Bu ölkələr müxtəlif bölgələrdən və müxtəlif müddət ərzində vizasız giriş imkanı təqdim edir. Aşağıda, Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələrin siyahısı təqdim olunub.

90 gün vizasız giriş imkanı olan ölkələr:

  • Avrasiya bölgəsi: Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Ukrayna
  • Avropa: Türkiyə, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro
  • Yaxın Şərq və Afrika: Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Mərakeş

Daha qısa müddət üçün vizasız giriş imkanı olan ölkələr:

  • İran – 15 gün
  • Honq-Konq (yalnız diplomatik və xidməti pasport sahibləri üçün) – 14 gün
  • Malayziya, Livan – 30 gün

Xüsusi rejim:

  • Çin – 2024-cü ilin 20 iyulundan 2025-ci ilin 20 iyuluna qədər ildə 3 dəfə və hər girişdə 30 günədək vizasız gediş-gəliş icazəsi.

"Atlas Travel" şirkətinin təsisçisi Abbas Süleymanov Metbuat.az-a açıqlamasında birtərəfli viza haqqında məlumat verib.

O bildirib ki, birtərəfli vizanın şərtlərinə görə, Azərbaycan vətəndaşları həmin ölkəyə səfər edərkən viza tələb olunmur, lakin həmin ölkənin vətəndaşları Azərbaycana gəlmək üçün viza almalıdırlar:

“Adətən, bu cür qaydalarda Azərbaycan vətəndaşlarına üstünlük verilir. Hazırda azərbaycanlıların vizasız getdiyi ölkələrin vətəndaşları Azərbaycana səfər edərkən viza almaq məcburiyyətindədir. Bəzi ölkələrin vətəndaşları vizanı elektron qaydada əldə edə bilirlər, digərləri isə viza üçün yaşadıqları ölkədəki Azərbaycan səfirliklərinə müraciət etməlidirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı