Taliban hökuməti Kabildəki gözəllik salonlarını kütləvi şəkildə bağlayır.

Metbuat.az xaric KİV-ə istinadən xəbər verir ki, qadınlara qarşı sərt məhdudiyyətlərin davamı olaraq Kabildə yüzlərlə gözəllik salonu bağlanıb.

60 mindən çox qadının bu işdə çalışdığı bildirilir.

Hökumət qərarın səbəbini açıqlamayıb.