Kuala-Lumpurda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

14:48 20 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Kuala-Lumpur, 20 yanvar, AzərTAc
Azərbaycanın Malayziyadakı səfirliyində yerli ictimaiyyətin nümayəndələri və diasporumuzun üzvlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatı mərasim iştirakçılarının diqqətinə çatdırılıb.
Səfir Qaley Allahverdiyev tədbir iştirakçılarına Qanlı Yanvar faciəsi, Azərbaycan xalqının milli oyanış və azadlıq hərəkatı haqqında məlumat verib. O, 20 Yanvar qırğınının sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla xüsusi qəddarlıqla törədildiyini, mülki vətəndaşların qətlə yetirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, faciənin ertəsi günü – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirərək, Sovet İttifaqının öz vətəndaşları olan azərbaycanlılara qarşı amansız qəddarlığını böyük cəsarətlə bütün dünyaya bəyan edib.
Sonra 20 Yanvar faciəsi haqqında qısametrajlı sənədli film nümayiş etdirilib, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Malayziyanın Cənub-Cənub İnformasiya Qapısı Agentliyinin (SSIG) internet saytında (www.ssig.gov.my) səfirliyin bəyanatı da dərc olunub.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuala_Lumpurda_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-826071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR