"Bu il çempionat çətin keçəcək. Artıq zəif rəqib yoxdur. Bütün komandalar təcrübəli futbolçularla heyətini gücləndirib. Dünən axşam bunun canlı şahidi olduq".

Metbuat.az xəbər verir ki, bu sözləri İstanbulun "Qalatasaray" klubunun nigeriyalı ulduzu Viktor Osimen deyib.

27 yaşlı hücumçu "Çorumspor"la oyunda xal itirdikləri üçün üzgün olduqlarını deyib: "Bizə yaxşı dərs verdilər. Çempionatın açılış matçında xal itirdik. Yatmışdıq, bu bərabərlik bizi ayıltdı. Ağlımızı başımıza yığıb mübarizəyə qaldığımız yerdən davam edəcəyik. Dünən gecə bizi meydanda 1 saniyə belə tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Onların üzünü güldürmək üçün əlimizdən gələni edəcəyik".