İstanbulun "Qalatasaray" klubu ulduz futbolçusu Vilfrid Sinqo ilə yollarını ayırmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV-in yazdığına görə, İngiltərənin adı açıqlanmayan köklü klublarından biri 25 yaşlı müdafiəçiyə elçi düşüb.

Məlumatda İngiltərə klubunun Sinqo üçün 40 milyon avro təklif etdiyi qeyd olunub.

Türkiyə mediası "Qalatasaray" rəhbərliyinin bu təklifə isti yanaşdığını, lakin yeni transfer hədəflərini reallaşdırana kimi gözləməyə qərar verdiyini bildirib. Həmçinin Vilfrid Sinqonun İngiltərə klubuna keçməyə meylli olduğu vurğulanıb.