Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib.
Metbuat.az xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib.
Ədalət İsmayılov 1968-ci ildə Borçalıda, Başkeçiddə ( Dmanisi) doğulub.
Qeyd edək ki, Ə.Mədətoğlu “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb.
O, 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.