Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb. Görüş zamanı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edən dövlət başçısından balaca Gülər Əsədova traktor istəyib.
Metbuat.az AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb.
Balaca Gülərin Prezidentdən istədiyi traktor artıq Əsədovlar ailəsinə təqdim olunub.
Daha ətraflı AzTV videomaterialında: