“Fənərbağça”nın ötən mövsümün qış transfer pəncərəsində heyətinə qatdığı Entoni Musaba komandadan ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, 25 yaşlı niderlandlı futbolçu İngiltərə Çempionşipində çıxış edən “Norviç Siti”yə birillik icarəyə verilib.

Qeyd edək ki, Musaba ötən mövsüm “Fənərbağça”nın heyətində 24 rəsmi oyunda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.