Rusiyanın Samara vilayətində PUA-ların kütləvi hücumu nəticəsində sənaye müəssisələrindən biri və “Ozon”un logistika kompleksi zədələnib.
Metbuat.az xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Fedorişev sənaye obyektlərindən birinin zərər gördüyünü açıqlayıb.
“Ozon”un Çapayevskdəki anbarına hücum nəticəsində yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfərin xəsarət aldığı bildirilir. Obyektin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.
Qeyd edək ki, bu, “Ozon”un Samara vilayətindəki logistika obyektinə ilk PUA hücumu olduğu bildirilir.