"Fənərbağça"nın ulduzu Vedat Muriq qonşu ölkədə müzakirə mövzusuna çevrilib. Buna səbəb ulduz futbolçunun "Konyaspor" matçında qol vurması olub.
Metbuat.az xatırladır ki, təcrübəli hücumçu 2020-ci ilə kimi sarı-lacivərdli formanı geyinib. O, "Fənərbagça" forması ilə sonuncu dəfə 2020-ci ildə "Yeni Malatyaspor"un qapısına qol vurub. Muriqin 6 il sonra yenidən fərqlənməsi qonşu ölkədə müzakirəsiz ötüşməyib.
Qeyd edək ki, "Fənərbağça" Türkiyə Super Liqasının ikinci həftəsində doğma meydanda "Konyasporu" qəbul edib. Meydan sahiblərinin 4:2 hesabı ilə qalib gəldikləri matçda ilk qolu 7-ci dəqiqədə 32 yaşlı Vedat Muriqi rəqib qapıdan keçirib.