“Qalatasaray” “Borussia Dortmund”un futbolçusu Fabio Silva üçün transfer çalışmalarını sürətləndirib.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi 23 yaşlı portuqaliyalı hücumçunu heyətinə qatmaq üçün təklif irəli sürüb. Jurnalist Rudi Qaletti İstanbul təmsilçisinin Silvanı transfer etmək istədiyini bildirib. Məlumata görə, futbolçunun transferi ilə bağlı “Trabzonspor” da danışıqlar aparır.
Qeyd edək ki, Fabio Silva ötən mövsüm “Borussia Dortmund”un heyətində 40 oyuna çıxaraq 4 qol vurub və 7 məhsuldar ötürmə edib.