Ötən mövsüm İstanbulun "Qalatasaray" klubunun formasını geyinən hollandiyalı ulduz Noa Lang karyerasını Türkiyədə davam etdirmək istəyir.

Metbuat.az xəbər verir ki, bu iddia ilə İtaliya mediası çıxış edib. Xarici KİV-in yazdığına görə, ulduz futbolçu "Napoli"də özünü qonaq kimi aparır. O, tezliklə İstanbula qayıdıb "Qalatasaray"ın formasını geyinmək istəyir.

Xarici mətbuat iddia edib ki, Noa Lang onu transfer etmək üçün "Qalatasaray" rəhbərliyinə müraciət edib. "Noa Langın ağlı Türkiyə klubundadır. O, hətta geri qayıtmaq üçün maaşının yarıbayarı azaldılmasına da razıdır", - İtaliya mediası belə yazıb.

"Qalatasaray" rəhbərliyinin hollandiyalı ulduzun müraciətinə necə cavab verəcəyi maraq doğurur.