Avqustun 28-i saat 15:30-a olan faktiki hava açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb.
Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan dolu yağıb.