Ermənistanın sabiq prezidenti Robert Köçəryan Antikorrupsiya Məhkəməsinə gətirilib. Məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılacaq.
Metbuat.az.xəbər verir ki, avqustun 25-də Köçəryan ailəsinə məxsus ünvanlarda və onların pay sahibi olduğu bəzi şirkətlərdə axtarışlar aparılıb. Sabiq prezident və böyük oğlu Sedrak Köçəryan saxlanılıb. Sedrak Köçəryan barəsində iki aylıq həbs qərarı verilib.
Robert Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətxorluq və çirkli pulların yuyulmasında ittiham olunur.