“Fənərbaxça” “Ayntraxt Frankfurt”un gənc futbolçusu Can Uzunun transferi ilə maraqlanır.
Metbuat.az xəbər verir ki, 20 yaşlı oyunçunun İstanbul klubuna keçidi üçün danışıqların aparıldığı bildirilir. Məlumata görə, "Fənərbaxça” gənc futbolçunu heyətinə qatmaq üçün bütün imkanlarını nəzərdən keçirir.
Qeyd edək ki, Can Uzun daha əvvəl “Qalatasaray”ın da diqqət mərkəzində olub. Lakin “Ayntraxt Frankfurt”un yüksək transfer tələbi səbəbindən bu keçid baş tutmayıb. Uzun ötən mövsüm bütün turnirlərdə 28 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.