“Qalatasaray”ın yeni transferi Aleksey Batrakov komandanın heyətində ilk oyununa çıxmağa hazırlaşır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 21 yaşlı rusiyalı futbolçu sabah keçiriləcək “Göztepe” ilə qarşılaşmada “Qalatasaray” azarkeşlərinin qarşısına çıxacaq. Rusiyanın “Lokomotiv Moskva” klubundan 25 milyon avro qarşılığında transfer edilən Batrakovla bağlı baş məşqçi Okan Burukun müsbət qərar verdiyi bildirilir.

İstanbul təmsilçisi mövsümün üçüncü turunda “Göztepe”ni qəbul edəcək. Qarşılaşma avqustun 29-da Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Batrakovun debütü baş tutarsa, bu, onun “Qalatasaray” forması ilə ilk rəsmi oyunu olacaq.

“Qalatasaray”ın 25 milyon avro ödəyərək heyətinə qatdığı gənc futbolçunun performansı böyük maraqla gözlənilir. Batrakovun komandaya uyğunlaşması və yeni klubunda özünü necə göstərəcəyi qarşıdakı oyunlarda əsas diqqət çəkən məqamlardan biri olacaq.